İstəmirəm

Baba Vəziroğlu, Tünzalə

İstəmirəm... İstəmirəm

Göy üzündə durna uçsa
Qərənfillər ətir saçsa
Bütün dünya çiçək olsa
Sənsiz bahar istəmirəm

Dərin sular dayaz olsa
Aylı gecə ayaz olsa
Bütün dünya bəyaz olsa
Ələnsə qar...
İstəmirəm... istəmirəm

Qibləm sənə sarı
Uzatmışam qollarımı
Sənsiz həyat yollarımı
Duman alar istəmirəm...

Dərin sular dayaz olsa
Aylı gecə ayaz olsa
Bütün dünya bəyaz olsa
Ələnsə qar...
İstəmirəm... istəmirəm

Neyləyirəm göy çəməni
Sənsiz açan yasəməni
Neyləyirəm göy çəməni
Sənsiz açan yasəməni
Bütün dünya sevsə məni
Sevməzsə yar
İstəmirəm... İstəmirəm...
Sevməzsə yar
İstəmirəm... İstəmirəm...

Curiosités sur la chanson İstəmirəm de Aygün Kazımova

Quand la chanson “İstəmirəm” a-t-elle été lancée par Aygün Kazımova?
La chanson İstəmirəm a été lancée en 2005, sur l’album “Sevərsənmi”.
Qui a composé la chanson “İstəmirəm” de Aygün Kazımova?
La chanson “İstəmirəm” de Aygün Kazımova a été composée par Baba Vəziroğlu, Tünzalə.

Chansons les plus populaires [artist_preposition] Aygün Kazımova

Autres artistes de Pop