Qarabağı Gözəl Gördüm

Baba Vəziroğlu

Bağları dolu bar gördüm
Dağları bəyaz qar gördüm
Qarabağda çinar gördüm
Kökü Türkün torpağında
Bu dağları göyə dəyər

Kökü Türkün torpağında
Bu dağları göyə dəyər

Suyundan içdim dirildim
Otundan biçdim dirildim

Suyundan içdim dirildim
Otundan biçdim dirildim

Bir duvağlı gəlin bildim
Şuşanı duman içində
Təzədən sevməyə dəyər

Şuşanı duman içində
Təzədən sevməyə dəyər

Halal qoçaq bir el gördüm
Qəlbi xarı-bülbül gördüm

Qarabağı gözəl gördüm
Yaman gözdən qorumağa
Qədrini bilməyə dəyər

Yaman gözdən qorumağa
Qədrini bilməyə dəyər

Əzizdir torpağı, daşı
Dünyadan qədimdir yaşı

Xankəndində keçir qışı
Yayda çıxsan Topxanaya
Bilirsənmi nəyə dəyər

Yayda çıxsan Topxanaya
Bilirsənmi nəyə dəyər

Bir tarix var hər izində
Min hikmət var bir sözündə

Bir tarix var hər izində
Min hikmət var bir sözündə

Dayanıb Cıdır düzündə
Tanrı ilə dərdləşməyə
Ağlayıb gülməyə dəyər

Tanrı ilə dərdləşməyə
Ağlayıb gülməyə dəyər

Min rəng çalan yarpaq gördüm
Muğam deyən bulaq gördüm
Qarabağda torpaq gördüm

Sevib əkib becərməyə
Uğrunda ölməyə dəyər

Sevib əkib becərməyə
Uğrunda ölməyə dəyər

Sevib əkib becərməyə
Uğrunda ölməyə dəyər

Sevib əkib becərməyə
Uğrunda ölməyə dəyər

Muğam (Mugham)

Curiosités sur la chanson Qarabağı Gözəl Gördüm de Aygün Kazımova

Quand la chanson “Qarabağı Gözəl Gördüm” a-t-elle été lancée par Aygün Kazımova?
La chanson Qarabağı Gözəl Gördüm a été lancée en 2005, sur l’album “Sevərsənmi”.
Qui a composé la chanson “Qarabağı Gözəl Gördüm” de Aygün Kazımova?
La chanson “Qarabağı Gözəl Gördüm” de Aygün Kazımova a été composée par Baba Vəziroğlu.

Chansons les plus populaires [artist_preposition] Aygün Kazımova

Autres artistes de Pop