Palto

Baba Suleymanli

Dünya yaxşıdır yoxsa ki mən pis?
Çıxa bilmirəm öz paradolsumdan
Hamıya nifrət edirəm elə bil
Çıxmışam Gogolun paltosundan

Saxlaya bilmirəm yerində
Bəzən firar edir bədinmdən ruhum
Göylərə qaçır əlimdən
Mən saxlaya bilmirəm yerində onu

Fikirlər uçuşur səmada
Mən necə qurtulum bu bəladan?
Bəzən kamil və nadan
Ola bilərəm mən hər adam

İçimdə səndən bir şey var
Əslində eyniyik hamımız
Təəssüf eyni dayanmır
dünya daim yerində
Necə ki başım dönür daim
Görənlərdə sanır piyandı
Amma od boş yerə yanmır
Bilmirlər kin qəlbə ziyandı

Yaxınlaşır dünya sona
İndi kim kim üçünsə yanarmı?
Gəl tut bu qaranlığıma fanar
Oğurlayıblar paltomu ana

İşığsız yerdə qalmışam tək
Soyuq yerdəyəm qucağla məni bərk
İsti əllərinə ehtiyacım var
Paltosuz insanı hamı edir tərk

Dünya ədalətsizdi
Kiminin hər şeyi var
Kiminin heç kimi yox
Dünya sədaqətsizdi

İnsan mərhəmətsizdi
Üzündə hər şeyi var
İçində heçnəyi yox
İnsan sadəcə fərsizdi

Üşüyürəm paltomu qaytarın!

Chansons les plus populaires [artist_preposition] Baba

Autres artistes de British rap