Qartal

Ədalət Şükürov, İkram Əliyev

[Bənd 1]
Sabah yenə də bir qanlı döyüşdür
Bəlkə ölümdür, bəlkə dönüşdür?
Bəlkə də cismim torpaqla görüşdü?
Ümidim sənə, qartal

[Bənd 2]
Sən uca göydəsən, mənsə yerdə
İmkan yoxdur baş çəkim kəndə
Boylan hərdənbir yolun düşəndə
Yanırmı baca, qartal?
Boylan hərdənbir yolun düşəndə
Yanırmı baca, qartal?

[Bənd 3]
Mən ölümlə üzbəüz dayandım
Top səsiylə yatdım, oyandım
Bu zabit sözü və əsgər andı
Ucaldan uca qartal

Bu zabit sözü və əsgər andı
Ucaldan uca qartal

[Bənd 4]
Güllədən yayınmaq yuxu kimi
Döyüşdə ölüm qohum kimi
Sən qanad çal göydə ruhum kimi
Qanadlan, qoca qartal

Sən qanad çal göydə ruhum kimi
Qanadlan, qoca qartal

[Sonluq]
Qoca qartal, nə gəzirsən
Dağlar qoynunda, qoynunda?
Dağlar qoynunda, qoynunda?

Curiosités sur la chanson Qartal de Ədalət Şükürov

Qui a composé la chanson “Qartal” de Ədalət Şükürov?
La chanson “Qartal” de Ədalət Şükürov a été composée par Ədalət Şükürov, İkram Əliyev.

Chansons les plus populaires [artist_preposition] Ədalət Şükürov

Autres artistes de