Ölmə
Qoydum açıq hər gün qapımı
Kimsə gəlib örtsün qapımı
Nə pul var, nə də başqa səbəb
Kim niyə, neyçün döysün qapımı
Ver məni bada sən, heç salma yada sən
Gedirsən get, o qapı, o da sən
Mənim onsuz da heç əlimin duzu yoxdur
Bilmirsənsə qədrimi sən də bilmə, bilmə
Sən məni ürəyimdən vurub, deyirsən ölmə
Mən öz əllərimlə özümü apardım ölümə
Sən məni ürəyimdən vurub, deyirsən ölmə
Mən öz əllərimlə özümü apardım ölümə
Ürəyimi qoydum düz hədəfə
O səni bağışlamaz bu dəfə
Bir vaxt sevirdi amma ki, indi
Gözucu da baxmaz sən tərəfə
Səni elə yandıraram, yaxaram
Yaş olaram, gözündən axaram
Sənə görə ağrıyan başımın
Çarəsinə özüm baxaram
Dartma gəl özünü, üzümə de sözünü
Kim nədir? Zaman göstərir iç üzünü
Ürəyimin alovun gözümün yaşı söndürməz
Dəymə qoy axsın, axdıqca silmə, silmə
Sən məni ürəyimdən vurub, deyirsən ölmə
Mən öz əllərimlə özümü apardım ölümə
Sən məni ürəyimdən vurub, deyirsən ölmə
Mən öz əllərimlə özümü apardım ölümə
Sən məni ürəyimdən vurub, deyirsən ölmə
Mən öz əllərimlə özümü apardım ölümə
Sən məni ürəyimdən vurub, deyirsən ölmə
Mən öz əllərimlə özümü apardım ölümə