Getmə, Getmə

Səid Rüstəmov, İslam Səfərli

Gözlərin aldı məni
Kəməndə saldı məni
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Amandır, qoymayın
Yar gözdən saldı məni!..
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

Qurbanam xan gözünə
Nazla baxan gözünə
Yenə sürmə çəkmisən
Evlər yıxan gözünə
Getmə, getmə, gəl

Elə bil, qəsdi nədir
Gözlərin məsti nədir?
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Yar məni incitməkdə
Bilmirəm, qəsdi nədir
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

Sənin ala gözlərin
Canım alar, gözlərin
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Qorxuram, birdən öləm
Yada qala gözlərin
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

Curiosités sur la chanson Getmə, Getmə de Islama Abdullayeva

Quand la chanson “Getmə, Getmə” a-t-elle été lancée par Islama Abdullayeva?
La chanson Getmə, Getmə a été lancée en 2020, sur l’album “Azerbaijani Music”.
Qui a composé la chanson “Getmə, Getmə” de Islama Abdullayeva?
La chanson “Getmə, Getmə” de Islama Abdullayeva a été composée par Səid Rüstəmov, İslam Səfərli.

Chansons les plus populaires [artist_preposition] Islama Abdullayeva

Autres artistes de