Ceyran

Səməd Vurğun, Ədilə Hüseynzadə

De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də?
Söz qoşub ceyranın qara gözünə
Söz qoşub ceyranın qara gözünə
Dincini aldınmı bir göy çəməndə?
De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də?

Ovçu, insaf elə, keçmə bu düzdən!
O ellər qızını ayırma bizdən, ayırma bizdən!
Qıyma ağrı keçə ürəyimizdən…
Nə gözəl yaraşır Muğana ceyran!
De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də?...

Curiosités sur la chanson Ceyran de Islama Abdullayeva

Quand la chanson “Ceyran” a-t-elle été lancée par Islama Abdullayeva?
La chanson Ceyran a été lancée en 2022, sur l’album “Aygün”.
Qui a composé la chanson “Ceyran” de Islama Abdullayeva?
La chanson “Ceyran” de Islama Abdullayeva a été composée par Səməd Vurğun, Ədilə Hüseynzadə.

Chansons les plus populaires [artist_preposition] Islama Abdullayeva

Autres artistes de