Gülüşlər

Mikayıl Müşfiq, Tahir İbişov

Gülüş vardır səslərinə tunc əkslər yapdırır
Gülüş vardır könülləri rüzgarlara qapdırır
Bəzi tikər könüllərdə alovlardan bir məbəd
İllər boyu atəşinə insanlığı tapdırır

Bürünərək çoхu ipək füsunlu bir çarşafa
Saçır büllur təbəssümlər, əyləncələr ətrafa
O pərdəyi parçalasaq can atarız nəhayət
Və başlarız göz yaşları aləmini təvafa

Gülüş vardır dodaqaltı, gülüş vardır müstəhzi
Zəncirləyər uçanları halqalandıqca bəzi
Bəzi sıcaq görüşlərə doğru yollar göstərir
Fəqət onun gülüşləri bir qönçəyə yaslanan

Rəngsiz parlaq jalələrdən nümunədir, hər zaman
Gənc ömrümə yüksəlməkçün qanad vеrir, can vеrir

Curiosités sur la chanson Gülüşlər de Islama Abdullayeva

Quand la chanson “Gülüşlər” a-t-elle été lancée par Islama Abdullayeva?
La chanson Gülüşlər a été lancée en 2022, sur l’album “1109”.
Qui a composé la chanson “Gülüşlər” de Islama Abdullayeva?
La chanson “Gülüşlər” de Islama Abdullayeva a été composée par Mikayıl Müşfiq, Tahir İbişov.

Chansons les plus populaires [artist_preposition] Islama Abdullayeva

Autres artistes de