Sevən Könül

Süleyman Rüstəm, Tofiq Bakıxanov

[Bənd 1]
Gözlərimə göründün
Qönçələnmiş gül kimi
İncə-incə səsləndin
Sazımdakı tel kimi

[Nəqərat]
Çal, ey sazım! Gül, telim!
Gül sən də, ey sevgilim!
Gülür azad, şən elim
Gül sən də, ey sevgilim!
Qovub dərdi-hicranı
Gülşən gördüm hər yanı
Dünyada xoşbəxt hanı
Sevən bir könül kimi?
Dünyada xoşbəxt hanı
Sevən bir könül kimi?

[Bənd 2]
Öyün, sevgilim, öyün
Yaxındadır toy-düyün
Səni görməsəm bir gün
Günüm keçir il kimi

[Nəqərat]
Çal, ey sazım! Gül, telim!
Gül sən də, ey sevgilim!
Gülür azad, şən elim
Gül sən də, ey sevgilim!
Qovub dərdi-hicranı
Gülşən gördüm hər yanı
Dünyada xoşbəxt hanı
Sevən bir könül kimi?
Dünyada xoşbəxt hanı
Sevən bir könül kimi?

Dünyada xoşbəxt hanı
Sevən bir könül kimi?
Dünyada xoşbəxt hanı
Sevən bir könül kimi?...
Sevən bir könül kimi?...

Curiosités sur la chanson Sevən Könül de Islama Abdullayeva

Quand la chanson “Sevən Könül” a-t-elle été lancée par Islama Abdullayeva?
La chanson Sevən Könül a été lancée en 2022, sur l’album “Tofig Bakikhanov”.
Qui a composé la chanson “Sevən Könül” de Islama Abdullayeva?
La chanson “Sevən Könül” de Islama Abdullayeva a été composée par Süleyman Rüstəm, Tofiq Bakıxanov.

Chansons les plus populaires [artist_preposition] Islama Abdullayeva

Autres artistes de