Dəli Kimi Sev

Hüseyn Orucov, Cavidan Orucov

Okay, Javi, Seyn check it here

Sevgimi etiraf edirəm
Ürəyin buzları əriyər
Gecə-gündüz ağlımda
O yana, bu yana sevginə dəliyəm
Şadam, yanımdasan
Pis olanda yaramı sar
Qaranlıq dünyamı işıqlandıran
Günəşim, ayımsan, ey

Dünyanı gözəl edək
Buna tək sevgi bəs edər
Əyləncə, sevinc hissi
Qırıb kədəri bizdən uzaq gedər
Çiynimə qonubdur mələklər
Tale, uzaq et kələkdən
Gözələ savabdırsa baxmaq
Sevgilər sənə cənnətdən

Məni dəli kimi sev ki, dünya paxıllıq etsin
Gözlər üzərimizdə, durma, rəqs elə, getsin
Kainat şahiddir bizim sevgi romanına
Boş sözlərə fikir verib basma damarıma

Məni dəli kimi sev ki, dünya paxıllıq etsin
Gözlər üzərimizdə, durma, rəqs elə, getsin
Kainat şahiddir bizim sevgi romanına
Boş sözlərə fikir verib basma damarıma

Məni dəli kimi sev
Yaransa vəziyyət, ailənə de
İmkanı var, təhsili var
Özü də mərifətlidir, de
Boyunda qızıl sepi
Oxşarı Johnny Depp’in
Fenomen Jordan keti ilə
Dağıdır interneti

Yaxına gəl-gəl, əlimi tut
Qıraqdan deyilənləri unut
Sevgini de, gözümə bax
Qucaqla məni, göylərə uçaq
Çiynimə qonubdur mələklər
Tale, uzaq et kələkdən
Gözələ savabdırsa baxmaq
Sevgilər sənə cənnətdən

Məni dəli kimi sev ki, dünya paxıllıq etsin
Gözlər üzərimizdə, durma, rəqs elə, getsin
Kainat şahiddir bizim sevgi romanına
Boş sözlərə fikir verib basma damarıma

Məni dəli kimi sev ki, dünya paxıllıq etsin
Gözlər üzərimizdə, durma, rəqs elə, getsin
Kainat şahiddir bizim sevgi romanına
Boş sözlərə fikir verib basma damarıma

Chansons les plus populaires [artist_preposition] Javi

Autres artistes de Latin pop music