Bura Yurdun Cənubudur

Vahid Əziz, Novruz Aslan

[Bənd 1]
Bura yurdun cənubudur
Gözü mənəm cənubun
Həsrətini eşitdiyim
Gözəl balam, tanı bu

Bura yurdun cənubudur
Dumanı bu, çəni bu
Durna qaçmaz o yerlərdən
Ürəyimin qanı bu

Bura yurdun cənubudur
Dumanı bu, çəni bu
Durna qaçmaz o yerlərdən
Ürəyimin qanı bu

[Nəqərat]
Məni atıb getməz o həsrət
Mən ölüncə bitməz o həsrət
Çiçək olub boynunu bükən
Vətən, sənsiz qalan məhəbbət

Məni atıb getməz o həsrət
Mən ölüncə bitməz o həsrət
Çiçək olub boynunu bükən
Vətən, sənsiz qalan məhəbbət
Vətən, sənsiz qalan məhəbbət

[Bənd 2]
Bura yurdun cənubudur
Ürəyimin qəmi bu
Yağmurlarım əlimdədir
Qəribsəyən canı bu

Bura yurdun cənubudur
Sevgimin ünvanı bu
Dünya boyda bir Vətəndim
Məndən qalan cəmi bu

Bura yurdun cənubudur
Sevgimin ünvanı bu
Dünya boyda bir Vətəndim
Məndən qalan cəmi bu

[Nəqərat]
Məni atıb getməz o həsrət
Mən ölüncə bitməz o həsrət
Çiçək olub boynunu bükən
Vətən, sənsiz qalan məhəbbət

Məni atıb getməz o həsrət
Mən ölüncə bitməz o həsrət
Çiçək olub boynunu bükən
Vətən, sənsiz qalan məhəbbət

Məni atıb getməz o həsrət
Mən ölüncə bitməz o həsrət
Çiçək olub boynunu bükən
Vətən, sənsiz qalan məhəbbət
Vətən, sənsiz qalan məhəbbət

Curiosités sur la chanson Bura Yurdun Cənubudur de Lalə Məmmədova

Quand la chanson “Bura Yurdun Cənubudur” a-t-elle été lancée par Lalə Məmmədova?
La chanson Bura Yurdun Cənubudur a été lancée en 2021, sur l’album “İfalar Vol.2”.
Qui a composé la chanson “Bura Yurdun Cənubudur” de Lalə Məmmədova?
La chanson “Bura Yurdun Cənubudur” de Lalə Məmmədova a été composée par Vahid Əziz, Novruz Aslan.

Chansons les plus populaires [artist_preposition] Lalə Məmmədova

Autres artistes de Pop