Oxu (Vokaliz)

Tünzalə, Mikayıl Müşfiq

Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə
Nəğməndə oyansın sellərin səsi
Dan yerindən əsən yellərin səsi

Gülləri qoxlayan bir rüzgar kimi
Qumları oxşayan dalğalar kimi
Titrəyən, çağlayan nəğmən olaydım
Ürəyindən qopan səs mən olaydım

Oxu, qüvvət gəlsin şeirə, sənətə
Könlümün quşunu gətir heyrətə
Nə qədər bənzəyir, vardım fərqinə
Ömrümün ahəngi sənin şərqinə
Ürək kövrəkləşir sən oxuyanda
Sən də dinləsəydin mən oxuyanda
Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə

Oxu, qüvvət gəlsin şeirə, sənətə
Könlümün quşunu gətir heyrətə
Nə qədər bənzəyir, vardım fərqinə
Ömrümün ahəngi sənin şərqinə
Ürək kövrəkləşir sən oxuyanda
Sən də dinləsəydin mən oxuyanda
Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə

Curiosités sur la chanson Oxu (Vokaliz) de Tünzalə

Quand la chanson “Oxu (Vokaliz)” a-t-elle été lancée par Tünzalə?
La chanson Oxu (Vokaliz) a été lancée en 2004, sur l’album “Bir Də Baxım”.
Qui a composé la chanson “Oxu (Vokaliz)” de Tünzalə?
La chanson “Oxu (Vokaliz)” de Tünzalə a été composée par Tünzalə, Mikayıl Müşfiq.

Chansons les plus populaires [artist_preposition] Tünzalə

Autres artistes de