Özümü Bilirəm

Tünzalə, İkram Əliyev

[Bənd 1]
Gözümdə yaşaran elə özüməm
Mən özüm bilirəm nə çəkdiyimi
Hərdən istəyirəm baş alıb gedəm
Gizlədib hər kəsdən dərd çəkdiyimi

[Keçid]
Arzum taleyimlə bəhsə girməsin
Belə yazılıbmı, gedən gəlməsin?
Üsullu tərpənim, kimsə bilməsin
Nələrin üstündən xətt çəkdiyimi
Xətt çəkdiyimi

[Nəqərat]
Tale o taledir, ömür o ömür
Məni öz toruna saldı bu ömür
Axır ömür boyu, axır su ömür
Özümü bilirəm, nə çəkdiyimi!

Tale o taledir, ömür o ömür
Məni öz toruna saldı bu ömür
Axır ömür boyu, axır su ömür
Özümü bilirəm, nə çəkdiyimi!
Özümü bilirəm, özümü bilirəm
Nə çəkdiyimi…

Özümü bilirəm, özümü bilirəm
Nə çəkdiyimi…

[Bənd 2]
Həmdəm gəzə-gəzə düşmən tapanda
Xəyallar gerçəyə dönür o anda
Mən necə gizlədim bu dar zamanda
Bir dəli sevgiyə səd çəkdiyimi!

[Keçid]
Arzum taleyimlə bəhsə girməsin
Belə yazılıbmı, gedən, gəlməsin?
Üsullu tərpənim kimsə bilməsin
Nələrin üstündən xətt çəkdiyimi
Xətt çəkdiyimi

[Nəqərat]
Tale o taledir, ömür o ömür
Məni öz toruna saldı bu ömür
Axır ömür boyu, axır su ömür
Özümü bilirəm, nə çəkdiyimi!

Tale o taledir, ömür o ömür
Məni öz toruna saldı bu ömür
Axır ömür boyu, axır su ömür
Özümü bilirəm, nə çəkdiyimi!
Özümü bilirəm, özümü bilirəm
Nə çəkdiyimi…

Özümü bilirəm, özümü bilirəm
Nə çəkdiyimi…

Özümü bilirəm, özümü bilirəm
Nə çəkdiyimi…

Curiosités sur la chanson Özümü Bilirəm de Tünzalə

Qui a composé la chanson “Özümü Bilirəm” de Tünzalə?
La chanson “Özümü Bilirəm” de Tünzalə a été composée par Tünzalə, İkram Əliyev.

Chansons les plus populaires [artist_preposition] Tünzalə

Autres artistes de