Yoxsan Bu Şəhərdə

Tünzalə, Vahid Əziz

[Bənd 1]
Elə ki, külək uyudu
Səsli - küylü küçələrdə
Elə ki hava soyudu
Demək, yoxsan bu şəhərdə
Bu şəhərdə

Elə ki, yuxum qarışdı
Sevincə qorxum qarışdı
Qəlbim dərdlə ki, barışdı
Demək, yoxsan bu şəhərdə
Bu şəhərdə

[Nəqərat]
Evində işığın sönük
Yox, olmazsan üzüdönük
Ən uzağı, bircə günlük
Demək, yoxsan bu şəhərdə

Deyək: "Vaxtı çatıb, gedib"
Deyək: "Aydır, batıb, gedib"
Soruşsalar: "Atıb, gedib?”
Deyək: "Yoxdur bu şəhərdə"
“Bu şəhərdə”

[Bənd 2]
Göydə ulduz doğulmursa
Canım evə yığılmırsa
Telefonum dağılmırsa
Demək, yoxsan bu şəhərdə
Bu şəhərdə

[Nəqərat]
Evində işığın sönük
Yox, olmazsan üzüdönük
Ən uzağı, bircə günlük
Demək, yoxsan bu şəhərdə

Deyək: "Vaxtı çatıb, gedib"
Deyək: "Aydır, batıb, gedib"
Soruşsalar: "Atıb, gedib?”
Deyək: "Yoxdur bu şəhərdə"
“Bu şəhərdə”

Evində işığın sönük
Yox, olmazsan üzüdönük
Ən uzağı, bircə günlük
Demək, yoxsan bu şəhərdə

Deyək: "Vaxtı çatıb, gedib"
Deyək: "Aydır, batıb, gedib"
Soruşsalar: "Atıb, gedib?”
Deyək: "Yoxdur bu şəhərdə"
Deyək: "Yoxdur bu şəhərdə"
“Bu şəhərdə”

Deyək: "Yoxdur bu şəhərdə"
Deyək: "Yoxdur bu şəhərdə"
“Bu şəhərdə”
“Bu şəhərdə”
“Bu şəhərdə’’

Curiosités sur la chanson Yoxsan Bu Şəhərdə de Tünzalə

Qui a composé la chanson “Yoxsan Bu Şəhərdə” de Tünzalə?
La chanson “Yoxsan Bu Şəhərdə” de Tünzalə a été composée par Tünzalə, Vahid Əziz.

Chansons les plus populaires [artist_preposition] Tünzalə

Autres artistes de