Dedin Apar

Baba Vəziroğlu, Ədalət Şükürov

[Bənd 1]
Dedin: ‘Apar lap uzaqlara
Qoyma sənsiz saralım, solum
Varsa orada ömür yoldaşın
Mən də sənin sevgilin olum”

Dedin: “Apar çox uzaqlara
Apar məni, sən ol bir də mən
Ömür boyu bir yerdə olaq
Bulaq səsi, bir də göy çəmən”

[Nəqərat]
Axı səni aparım hara?
Arzularım gözümdə qalar
Orada mənim çox istədiyim
Çox sevdiyim bir sevgilim var
Orada mənim çox istədiyim
Çox sevdiyim bir sevgilim var

[Bənd 2]
Dedin: “Gedək, apar sən məni”
Ölənəcən səninlə varam
Varsa əgər ömür yoldaşın
Mən də sənin dostun olaram”

Dedin: “Göydən durna tut gətir”
Vallah, tutum gətirim sənə
Necə sevim səni, gözəlim?
Ürəyimdə bir başqası var

[Nəqərat]
Denən, necə aparım səni?
Arzularım gözümdə qalar
Orada qəlbimə hakim olan
Sədaqətli bir dostum da var

Orada qəlbimə hakim olan
Sədaqətli bir dostum da var

[Bənd 3]
Ay bu ayrılıq ölümdən betər!
Məni belə sevən olmayıb
Neyləyim ki, çox gecikmisən?
Sənə ürəkdə yer qalmayıb
Neyləyim ki, çox gecikmisən?
Sənə ürəkdə yer qalmayıb

Curiosités sur la chanson Dedin Apar de Ədalət Şükürov

Quand la chanson “Dedin Apar” a-t-elle été lancée par Ədalət Şükürov?
La chanson Dedin Apar a été lancée en 2008, sur l’album “Yada Sal Məni, Sevgilim”.
Qui a composé la chanson “Dedin Apar” de Ədalət Şükürov?
La chanson “Dedin Apar” de Ədalət Şükürov a été composée par Baba Vəziroğlu, Ədalət Şükürov.

Chansons les plus populaires [artist_preposition] Ədalət Şükürov

Autres artistes de