Gözlər

Ərəb Xalq Mahnısı, İkram Əliyev

[Bənd 1]
Bir baxışdan qəlbim oldu onların əsiri
Yaşıl gözlər işığında könlüm isindi
Ömrümə bir rahatlıq verdi bahar əsimi
Bir də baxım o gözlərə mənim bəsimdir

[Keçid]
Aləmə işıq bəxş edir
Mənim payım haradadır?
Yer üzünü dolandım mən
Onun tayı haradadır?
Sındı birdən o baxışdan ürəyimin aynası
O gözlər, nizə gözlər

[Nəqərat]
Gözlər, gözlər, gözlər
Saldı məhəbbət oduna
Gözlər, yaşıl gözlər
Bir də məni sal yadına

Gözlər, gözlər, gözlər
Ağlımı aldı başımdan
Gözlər, gözəl gözlər
Amandır, itmə qarşımdan!

[Bənd 2]
Alovundan o gözlərin içim qalandı
İki qəlbin arasına körpü salandır
Desəm ki, ondan gözəl gözlər var, yalandır
O gözlərin işığına gözüm calandı

[Keçid]
Aləmə işıq bəxş edir
Mənim payım haradadır?
Yer üzünü dolandım mən
Onun tayı haradadır?
Sındı birdən o baxışdan ürəyimin aynası
O gözlər, gözəl gözlər

[Nəqərat]
Gözlər, gözlər, gözlər
Saldı məhəbbət oduna
Gözlər, yaşıl gözlər
Bir də məni sal yadına

Gözlər, gözlər, gözlər
Ağlımı aldı başımdan
Gözlər, gözəl gözlər
Amandır, itmə qarşımdan!

Gözlər, gözlər, gözlər
Saldı məhəbbət oduna
Gözlər, yaşıl gözlər
Bir də məni sal yadına

Gözlər, gözlər, gözlər
Ağlımı aldı başımdan
Gözlər, gözəl gözlər
Amandır, itmə qarşımdan!

Gözlər, gözlər, gözlər
Saldı məhəbbət oduna
Gözlər, yaşıl gözlər
Bir də məni sal yadına

Gözlər, gözlər, gözlər
Ağlımı aldı başımdan
Gözlər, gözəl gözlər
Amandır, itmə qarşımdan!

Curiosités sur la chanson Gözlər de Ədalət Şükürov

Quand la chanson “Gözlər” a-t-elle été lancée par Ədalət Şükürov?
La chanson Gözlər a été lancée en 2005, sur l’album “İtirdim”.
Qui a composé la chanson “Gözlər” de Ədalət Şükürov?
La chanson “Gözlər” de Ədalət Şükürov a été composée par Ərəb Xalq Mahnısı, İkram Əliyev.

Chansons les plus populaires [artist_preposition] Ədalət Şükürov

Autres artistes de