Nələr Keçdi

İkram Əliyev, Ədalət Şükürov

[Giriş: Ədalət Şükürov]
Kimləri, kimləri, unutdu dünya kimləri?
Nə qalır hər itən addan?
[Aygün Bəylər]
Nələri, nələri unutdu dünya nələri?
Gör nələr çıxıbdır yaddan!

[Bənd 1: Ədalət Şükürov]
Kimləri, kimləri, unutdu dünya kimləri?
Küsüb getdi bu həyatdan
[Aygün Bəylər]
Nələri, nələri unutdu dünya nələri?
Yada düşmür heç bircə an

[Keçid: Ədalət Şükürov - Aygün Bəylər]
Nələr olub bu həyatda?
Bu gün varsan, sabah yoxsan
Nələr çıxıb yaddan hətta
Yadda qalmaq deyil asan

[Nəqərat: Aygün Bəylər]
Sən döyün, ürəyim, sən döyün
Unutma sən bir tarix yazan insanı
[Ədalət Şükürov]
Sən döyün, ürəyim, sən döyün, ürəyim
Tək unutma ötən hər anı

[Bənd 2: Ədalət Şükürov]
Ürəyim, ürəyim, döyün, dayanma, ürəyim
Dayanmağa haqqın yoxdur
[Aygün Bəylər]
Ürəyim, ürəyim, nələr çəkirsən, ürəyim?
Əzabın sevincdən çoxdur

[Keçid: Ədalət Şükürov - Aygün Bəylər]
Nələr gördün bu həyatda?
Nələr keçdi, keçdi nələr?
Yavaş-yavaş çıxır yaddan
Acı, şirin xatirələr

[Nəqərat: Aygün Bəylər - Ədalət Şükürov]
Sən döyün, ürəyim, sən döyün
Unutma sən bir tarix yazan insanı
Sən döyün, ürəyim, sən döyün, ürəyim
Tək unutma ötən hər anı

[Muğam: Aygün Bəylər]
Ürəyim, nələr ay, çəkirsən, ürəyim
Kimləri, unutdu dünya kimləri?
Nələri, unutdu dünya nələri?
Küsüb getdi, ay balam, bu həyatdan
Aman, aman, ay aman ey!

[Keçid: Ədalət Şükürov-Aygün Bəylər]
Nələr gördün bu həyatda?
Nələr keçdi, keçdi nələr?
Yavaş - yavaş çıxır yaddan
Acı, şirin xatirələr

[Sonluq: Ədalət Şükürov]
Kimləri, kimləri, unutdu dünya kimləri?
Nə qalır hər itən addan?
[Aygün Bəylər]
Nələri, nələri unutdu dünya nələri?
Gör nələr çıxıbdır yaddan!

[Sonluq: Ədalət Şükürov]
Kimləri, kimləri, unutdu dünya kimləri?
Nə qalır hər itən addan?
[Aygün Bəylər]
Nələri, nələri unutdu dünya nələri?
Yada düşmür heç bircə an

Curiosités sur la chanson Nələr Keçdi de Ədalət Şükürov

Quand la chanson “Nələr Keçdi” a-t-elle été lancée par Ədalət Şükürov?
La chanson Nələr Keçdi a été lancée en 2005, sur l’album “İtirdim”.
Qui a composé la chanson “Nələr Keçdi” de Ədalət Şükürov?
La chanson “Nələr Keçdi” de Ədalət Şükürov a été composée par İkram Əliyev, Ədalət Şükürov.

Chansons les plus populaires [artist_preposition] Ədalət Şükürov

Autres artistes de