Serenada (Pəncərə)

Ədalət Şükürov, İkram Əliyev

[Bənd 1]
Sənin pəncərəndə yenə yanmır işıq
Yenə sən evdə, mən küçədə qalmışıq
Qaranlıq gecədə, gözümün işığı
Nə olar, bircə dəfə baxsan aşağı!

[Keçid]
Gecənin bu çağında, sən isti otağında
Nəğmə deyirəm mən sənə bu həyətdən

[Nəqərat]
Səhərəcən pəncərənə baxan mənəm, mən
Səhərəcən bu mahnını oxuyan mənəm
Səhəri gözlərimlə açan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən

[Bənd 2]
Yaşamaq çətindir, qısadır bu ömür
Gəl barışaq, unudaq biz keçənləri
Dilim səndən başqa bir ayrı söz demir
Kölgəm arxanca gəzir bu küçələri

[Keçid]
Gecənin bu çağında,sən isti otağında
Nəğmə deyirəm mən sənə bu həyətdə

[Nəqərat]
Səhərəcən pəncərənə baxan mənəm, mən
Səhərəcən bu mahnını oxuyan mənəm
Səhəri gözlərimlə açan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən

[Bənd 3]
Olan oldu, keçdi, sən incimə məndən
Çox itirdim həyatda, heç nə tapmadım
Bir kəlmə şirin söz istəyirəm səndən
Bir imkan ver mənə ömrümə qayıdım

[Keçid]
Gecənin bu çağında, sən isti otağında
Nəğmə deyirəm mən sənə bu həyətdə

[Nəqərat]
Səhərəcən, səhərəcən, səhərəcən
Pəncərənə baxan mənəm, mən
Səhərəcən bu mahnını oxuyan mənəm
Səhəri gözlərimlə açan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən

Səhərəcən pəncərənə baxan mənəm, mən
Səhərəcən bu mahnını oxuyan mənəm
Səhəri gözlərimlə açan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən
Dəniz rəngli gözlərdə batan mənəm, mən

Curiosités sur la chanson Serenada (Pəncərə) de Ədalət Şükürov

Sur quels albums la chanson “Serenada (Pəncərə)” a-t-elle été lancée par Ədalət Şükürov?
Ədalət Şükürov a lancé la chanson sur les albums “Qapı” et “10 İl 10 Mahnı” en 2005.
Qui a composé la chanson “Serenada (Pəncərə)” de Ədalət Şükürov?
La chanson “Serenada (Pəncərə)” de Ədalət Şükürov a été composée par Ədalət Şükürov, İkram Əliyev.

Chansons les plus populaires [artist_preposition] Ədalət Şükürov

Autres artistes de