Ay Sevgilim
[Bənd 1]
İl ötdü, ay keçdi, çox gözlədim
Sevən kəs gözləyər sevgisini
Bu gündən, əzizim, səninləyəm
Unutma, əbədi sevgimizi
Belədir bax bu həyat
Belədir bu kainat
Səadətini axtarır hər bir insan
Hər ömrün hər taleyin
Öz hökmü, qisməti var
Hər gülün, hər çiçəyin öz ətri var
[Nəqərat]
Arzularım ürəyimdə aşıb-daşır
Gözəl günlər bizim üçün yaxınlaşır
Qüssə, kədər zərrə-zərrə uzaqlaşır
Sevən hər bir ürək cavanlaşır
Arzularım ürəyimdə aşıb-daşır
Gözəl günlər bizim üçün yaxınlaşır
Qüssə, kədər zərrə-zərrə uzaqlaşır
Hər sevən bir ürək yenidən cavanlaşır
[Bənd 2]
Səni tək sevmişəm ömrümdə, inan
Bu ömrü sənin üçün yaşayacağam
Sənin məhəbbətinə inanıram
Bu eşqi, məhəbbəti qoruyaram
Sənin mən hər bir nazına dözərəm
Sən küsəndə mən özümdən küsərəm
Günlərim keçir hədər, dözəcəyəm
Həyatda təkcə səni sevəcəyəm
[Nəqərat]
Nə gecəm, gündüzüm var
Ay sevgilim, getmə, dayan
Xəyalımdan çıxmayacaqsan
Nə gecəm, gündüzüm var
Ay sevgilim...
Xəyalımdan çıxmayacaqsan