Çinar Və Mən

Nəbi Xəzri, Şəfiqə Axundova

[Bənd 1]
Çinarsız bir bulaq bulaq deyil ki?!
Çinar mağarlıdır, çinar toyludur
Mənim torpağımda nahaq deyil ki!
Deyərlər, igidlər çinarboyludur

O, min nəğməlidir, min aləmlidir
Məna var çinarın şair dilində, şair dilində
Araz kənarında çinar qəmlidir
Çinar fərəhlidir Kür sahilində, Kür sahilində

[Nəqərat]
Bəli, Araz dedim, çinarlı Araz
Ağac da insan tək intizardadır
Araz, qışlı Araz, baharlı Araz
Çinar hardadırsa, gözüm ondadır

O min nəğməlidir, min aləmlidir
Məna var çinarın şair dilində, şair dilində
Araz kənarında çinar qəmlidir
Çinar fərəhlidir Kür sahilində, Kür sahilində

[Bənd 2]
Mən aldım cahandan arzu da, kam da
Dolaşdım, çinarın adı dilimdə
Mən çinar altında doğulmasam da
İstərəm, o bitsin son mənzilimdə

Sanaram, yenidən doğulmuşam mən
Əzəldən bağlıyam ana torpağa, ana torpağa
Sanaram, bir sərin meh olmuşam mən
Nəğməmlə qonmuşam yaşıl budağa, yaşıl budağa

[Nəqərat]
Bəli, Araz dedim, çinarlı Araz
Ağac da insan tək intizardadır
Araz, qışlı Araz, baharlı Araz
Çinar hardadırsa, gözüm ondadır

Mən aldım cahandan arzu da, kam da
Dolaşdım, çinarın adı dilimdə
Mən çinar altında doğulmasam da
İstərəm o bitsin son mənzilimdə
Son mənzilimdə

Mən aldım cahandan arzu da, kam da
Dolaşdım, çinarın adı dilimdə
Mən çinar altında doğulmasam da
İstərəm o bitsin son mənzilimdə
Son mənzilimdə
Son mənzilimdə
Son mənzilimdə

Curiosités sur la chanson Çinar Və Mən de Lalə Məmmədova

Quand la chanson “Çinar Və Mən” a-t-elle été lancée par Lalə Məmmədova?
La chanson Çinar Və Mən a été lancée en 2021, sur l’album “Vol. 3”.
Qui a composé la chanson “Çinar Və Mən” de Lalə Məmmədova?
La chanson “Çinar Və Mən” de Lalə Məmmədova a été composée par Nəbi Xəzri, Şəfiqə Axundova.

Chansons les plus populaires [artist_preposition] Lalə Məmmədova

Autres artistes de Pop