Ey İnsanlar

JDR, Mehriban Əhmədzadə

[Bənd 1]
Ey insanlar, ey insanlar
Həyatı gəlin sevək
Dünya olsun başdan-başa
Al şəfəq, nəğmə, çiçək

Xoş sözümüz, saf andımız
Dolaşsın diyar-diyar
Sədaqətdən, məhəbbətdən
Dünyada gözəl nə var?!

[Nəqərat]
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlimizlə bəzənsin
Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət

[Bənd 2]
Qoca dağlar, uca dağlar
Şirin sulu bulaqlar
Yaşıl meşə, çiçəkli düz
Könlümdə yuva bağlar
İnsanların övladıyam
İnsanların dostuyam
Qarlı qışda günəş ollam
Qızmar gündə saf suyam

[Nəqərat]
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlimizlə bəzənsin
Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlimizlə bəzənsin
Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət
Sədaqət, sədaqət...

Curiosités sur la chanson Ey İnsanlar de Lalə Məmmədova

Quand la chanson “Ey İnsanlar” a-t-elle été lancée par Lalə Məmmədova?
La chanson Ey İnsanlar a été lancée en 2021, sur l’album “Vol. 3”.
Qui a composé la chanson “Ey İnsanlar” de Lalə Məmmədova?
La chanson “Ey İnsanlar” de Lalə Məmmədova a été composée par JDR, Mehriban Əhmədzadə.

Chansons les plus populaires [artist_preposition] Lalə Məmmədova

Autres artistes de Pop