Hava Limanı
[Bənd 1]
İlk görüş, ilk arzu
İlk istək, ilk ağrı
İlk günlər, ilk məktub
Bir yuxu...
Tək sənə həsr etdim
Yazdığım şeirləri
Tək səni mən sevdim
Tək səni
[Nəqərat]
Hava limanında
Sonuncu əlvida
Uçub getdin məndən sən
Çox uzaqlara
Hava limanında
Qaldım tənhalıqda
Qaldım sənin arxanca
Mən baxa-baxa
Uçub getdin məndən sən
Çox uzaqlara
[Bənd 2]
Gah sönür, gah yanır
Gah çəkir, gah qaçır
Ulduzlar səmada
Sayrışır
Gün keçdi ay kimi
Görüşdük, yad etdik
Keçmişi, gəncliyi
Gün keçdi
[Nəqərat]
Hava limanında
Sonuncu əlvida
Uçub getdin məndən sən
Çox uzaqlara
Hava limanında
Qaldım tənhalıqda
Qaldım sənin arxanca
Mən baxa-baxa
Uçub getdin məndən sən
Hava limanında
Sonuncu əlvida
Uçub getdin məndən sən
Çox uzaqlara
Hava limanında
Qaldım tənhalıqda
Qaldım sənin arxanca
Mən baxa-baxa
Uçub getdin məndən sən
Çox uzaqlara
Qaldım xəyalınla mən
Hava limanında