İlk Bahar

Zeynal Cabbarzadə, Tofiq Quliyev

[Bənd 1]
Yenə gəldi ilk bahar, yaz gülə-gülə
Bu qədər gəl etmə, yar, naz gülə-gülə
Səni sevdim qəlbimdə, ey gözəl pəri
Mənə söylə bir şirin söz gülə-gülə

[Nəqərat]
Mən aşiq, bəndəm gülə
Bülbüləm, bəndəm gülə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə

[Bənd 2]
Açılıb hər yan çiçək bax, gözəl-gözəl
Telinə əlvan çiçək tax gözəl-gözəl
Yanıram hicrinlə mən, dön sərin suya
Ürəyimə sel kimi ax gözəl-gözəl

[Nəqərat]
Mən aşiq, gələr yarım
Dərdimi bilər yarım
İnanıram, dərmanımı
Eyləyər yarım
İnanıram, dərmanımı
Eyləyər yarım

[Keçid]
Sevən aşiq, ay gülüm, görməz dünyanı
Qara qaşın ağ üzün oldum heyranı
Niyə məndən gizlədirsən eşqini sən?

[Nəqərat]
Mən aşiq, bəndəm gülə
Bülbüləm, bəndəm gülə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə

Bir şirin dilə
Bir şirin dilə
Bir şirin dilə

Curiosités sur la chanson İlk Bahar de Lalə Məmmədova

Quand la chanson “İlk Bahar” a-t-elle été lancée par Lalə Məmmədova?
La chanson İlk Bahar a été lancée en 2008, sur l’album “Qara Qaşın Vəsməsi”.
Qui a composé la chanson “İlk Bahar” de Lalə Məmmədova?
La chanson “İlk Bahar” de Lalə Məmmədova a été composée par Zeynal Cabbarzadə, Tofiq Quliyev.

Chansons les plus populaires [artist_preposition] Lalə Məmmədova

Autres artistes de Pop