Lalə

Lalə Məmmədova, Əntiqə Əlizadə

[Bənd 1]
Xalıtək sərildin çəmənə, düzə
Təbiətin xallı qızısan, lalə
Əl gəlmir ki, səni çəməndən üzə
Baharın söhbəti, sözüsən, lalə

[Nəqərat]
Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

[Bənd 2]
Yanağın üstündə büllurtək jalə
Hər baxan düşünüb gedir xəyalə
Saldın könülləri gör necə halə?
Zərif çiçəklərin gözüsən, lalə

[Nəqərat]
Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

[Bənd 3]
Gəlişin çöllərə sevinc gətirər
Şəfəqlər rəngini səndən götürər
Torpaq sinəsində alov bitirər
Sən neçə ümidin özüsən, lalə

[Nəqərat]
Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə
Sevən könüllərin yazısan, lalə
Sevən könüllərin yazısan, lalə

Curiosités sur la chanson Lalə de Lalə Məmmədova

Sur quels albums la chanson “Lalə” a-t-elle été lancée par Lalə Məmmədova?
Lalə Məmmədova a lancé la chanson sur les albums “Qızıl Lalədir Adım” en 2008 et “Vol. 4” en 2022.
Qui a composé la chanson “Lalə” de Lalə Məmmədova?
La chanson “Lalə” de Lalə Məmmədova a été composée par Lalə Məmmədova, Əntiqə Əlizadə.

Chansons les plus populaires [artist_preposition] Lalə Məmmədova

Autres artistes de Pop