Neylərsən

Xalq Mahnısı

[Bənd 1]
Sən bir gözəl ceyran olsan
Düzlərə qaçacaq olsan
Sən bir gözəl ceyran olsan
Düzlərə qaçacaq olsan

Mən bir mahir ovçu olub, bala
Səni ovlarsam, neylərsən?
Mən bir mahir ovçu olub, bala
Səni ovlarsam, neylərsən?

Sən bir mahir ovçu olsan
Məni ovlayacaq olsan
Sən bir mahir ovçu olsan
Məni ovlayacaq olsan

Mən bir qızıl alma olub, bala
Sandığa girsəm, neylərsən?
Mən bir qızıl alma olub, bala
Sandığa girsəm, neylərsən?

[Bənd 2]
Sən bir qızıl alma olsan
Sandığa girəcək olsan
Sən bir qızıl alma olsan
Sandığa girəcək olsan

Mən bir paslı açar olub, bala
Sandığı açsam, neylərsən?
Mən bir paslı açar olub, bala
Sandığı açsam, neylərsən?

Sən bir paslı açar olsan
Sandığı açacaq olsan
Sən bir paslı açar olsan
Sandığı açacaq olsan

Mən bəzəkli gəlin olub, bala
Sandıqdan çıxsam, neylərsən?
Mən bəzəkli gəlin olub, bala
Sandıqdan çıxsam, neylərsən?

[Bənd 3]
Sən bəzəkli gəlin olsan
Sandıqdan çıxacaq olsan
Sən bəzəkli gəlin olsan
Sandıqdan çıxacaq olsan

Mən bir gözəl oğlan olub, bala
Səni alarsam, neylərsən?
Mən bir gözəl oğlan olub, bala
Səni alarsam, neylərsən?

Mən bəzəkli gəlin olsam
Sandıqdan çıxacaq olsam
Mən bəzəkli gəlin olsam
Sandıqdan çıxacaq olsam

Sən bir gözəl oğlan olub, bala
Məni alarsan, neylərəm?
Sən bir gözəl oğlan olsan, bala
Məni alarsan, neylərəm?

Mən bir gözəl oğlan olub, bala
(Sən bir gözəl oğlan olub, bala)
Səni alarsam, neylərsən?
(Məni alarsan, neylərəm?)

Mən bir gözəl oğlan olub, bala
(Sən bir gözəl oğlan olsan, bala)
Səni alarsam, neylərsən?
(Məni alarsan, neylərəm?)

Curiosités sur la chanson Neylərsən de Lalə Məmmədova

Quand la chanson “Neylərsən” a-t-elle été lancée par Lalə Məmmədova?
La chanson Neylərsən a été lancée en 2008, sur l’album “Qızıl Lalədir Adım”.
Qui a composé la chanson “Neylərsən” de Lalə Məmmədova?
La chanson “Neylərsən” de Lalə Məmmədova a été composée par Xalq Mahnısı.

Chansons les plus populaires [artist_preposition] Lalə Məmmədova

Autres artistes de Pop