Ömür Yolları
[Bənd 1]
Bizi heç gözləmir zaman
Ürəyim darıxır yaman
Baxıram, yollar çən, duman
Dinmir, susur, qəlbim nigaran
O keçmiş günlərim, o itmiş səhərim
Solub indi sənsizlikdən
Hər tərəf zülmətdir, bu da bir qismətdir
Çox uzağıq səninlə mən
[Keçid]
Xəzandır baharım
Küskündür duyğularım
Səni gözlər ömür yollarım
[Nəqərat]
Arzularım dumanlarda
Ümidlərim gümanlarda
Dayanaydı bir anlıq zaman, aman
O günlərə biz qayıdardıq
Bu zülmətə son qoyardıq
Oyanaydıq biz bu röyadan, aman
[Keçid]
Xəzandır baharım
Küskündür duyğularım
Səni gözlər ömür yollarım
[Bənd 2]
Eşqimi tənha fidantək
Səninçün yaşadır ürək
Taleyimin günəşi sənsən
Boylan əziz xatirələrdən
O keçmiş günlərim, o itmiş səhərim
Solub indi sənsizlikdən
Hər tərəf zülmətdir, bu da bir qismətdir
Çox uzağıq səninlə mən
[Keçid]
Xəzandır baharım
Küskündür duyğularım
Səni gözlər ömür yollarım
[Nəqərat]
Arzularım dumanlarda
Ümidlərim gümanlarda
Dayanaydı bir anlıq zaman, aman
O günlərə biz qayıdardıq
Bu zülmətə son qoyardıq
Oyanaydıq biz bu röyadan, aman
[Keçid]
Xəzandır baharım
Küskündür duyğularım
Səni gözlər ömür yollarım
[Nəqərat]
Arzularım dumanlarda
Ümidlərim gümanlarda
Dayanaydı bir anlıq zaman, aman
O günlərə biz qayıdardıq
Bu zülmətə son qoyardıq
Oyanaydıq biz bu röyadan, aman
Arzularım dumanlarda
Ümidlərim gümanlarda
Dayanaydı bir anlıq zaman, aman
O günlərə biz qayıdardıq
Bu zülmətə son qoyardıq
Oyanaydıq biz bu röyadan, aman
Arzularım dumanlarda
Ümidlərim gümanlarda
Dayanaydı bir anlıq zaman, aman
O günlərə biz qayıdardıq
Bu zülmətə son qoyardıq
Oyanaydıq biz bu röyadan, aman