Özün Bil

Pərvanə Zeynalova

[Bənd 1]
Səni fikirli görəndə mən
Qanım qaralır, üzülürəm
Dərdini bölmək istəyirəm

Sənin sirdaşın, ümid yerin
Mən olmalıyam, sevgilim
Axı səni mən çox sevirəm

Səni fikirli görəndə mən
Qanım qaralır, üzülürəm
Dərdini bölmək istəyirəm

Sənin sirdaşın, ümid yerin
Mən olmalıyam, sevgilim
Axı səni mən çox sevirəm

[Keçid]
Aylar-illər ötüb keçsə də, yenə
Hər zaman yanında
Mən səninləyəm

İstəsən, canımı verərəm, inan
Təki sən üzülmə, küsmə, əzizim

[Nəqərat]
Özün bil, mən daha nə deyim ki, sənə?
Çağırsan, gələrəm sənin görüşünə
Açarsan qəlbini, dinlərəm bir daha
Darıxma – deyərəm, ümid var sabaha

[Bənd 2]
Elə bilirsən anlamıram
Yalandan gülüb danışıram
Amma içimdə nigaram

Qəmli olanda darıxıram
Sən güləndə mən yaşayıram
Gül ki, yaşayım mən də hər an

Elə bilirsən anlamıram
Yalandan gülüb danışıram
Amma içimdə nigaram

Qəmli olanda darıxıram
Sən güləndə mən yaşayıram
Gül ki, yaşayım mən də hər an

[Keçid]
Aylar-illər ötüb keçsə də, yenə
Hər zaman yanında
Mən səninləyəm

İstəsən, canımı verərəm, inan
Təki sən üzülmə, küsmə, əzizim

[Nəqərat]
Özün bil, mən daha nə deyim ki, sənə?
Çağırsan, gələrəm sənin görüşünə
Açarsan qəlbini, dinlərəm bir daha
Darıxma – deyərəm, ümid var sabaha

[Keçid]
Aylar-illər ötüb keçsə də, yenə
Hər zaman yanında
Mən səninləyəm

İstəsən, canımı verərəm, inan
Təki sən üzülmə, küsmə, əzizim

[Nəqərat]
Özün bil, mən daha nə deyim ki, sənə?
Çağırsan, gələrəm sənin görüşünə
Açarsan qəlbini, dinlərəm bir daha
Darıxma – deyərəm, ümid var sabaha

Özün bil, mən daha nə deyim ki, sənə?
Çağırsan, gələrəm sənin görüşünə
Açarsan qəlbini, dinlərəm bir daha
Darıxma – deyərəm, ümid var sabaha

Curiosités sur la chanson Özün Bil de Lalə Məmmədova

Quand la chanson “Özün Bil” a-t-elle été lancée par Lalə Məmmədova?
La chanson Özün Bil a été lancée en 2008, sur l’album “Qızıl Lalədir Adım”.
Qui a composé la chanson “Özün Bil” de Lalə Məmmədova?
La chanson “Özün Bil” de Lalə Məmmədova a été composée par Pərvanə Zeynalova.

Chansons les plus populaires [artist_preposition] Lalə Məmmədova

Autres artistes de Pop