Sevgi Bağçası

Pərvanə Zeynalova, Nailə Ramazanova

[Bənd 1]
Nəmlidir gözlərin, kövrəlmisən yenə
Bu qəmli baxışlar tanışdır mənə
Nəğmələr oxuyacaq
Qəlbinə toxunacaq
Dərdini ovudacaq
Bir sevgim var sənə

[Nəqərat]
Mən sevgi bağçasını
Gəzib gələrəm
Ən gözəl çiçəkləri
Sənə dərərəm

Sən istə, çiçəklərdən
Çələng hörərəm
İnan ki, sən gülməsən
Ölə bilərəm

[Bənd 2]
Dəryalartək dərin gözlərin var sənin
Gizləyə bilərsən qəmi, kədəri
Mən ki, səni duyuram
Qəlbini oxuyuram
Ağlasan, ağlayıram
Bulud kimi doluram

[Nəqərat]
Mən sevgi bağçasını
Gəzib gələrəm
Ən gözəl çiçəkləri
Sənə dərərəm

Sən istə, çiçəklərdən
Çələng hörərəm
İnan ki, sən gülməsən
Ölə bilərəm

Mən sevgi bağçasını
Gəzib gələrəm
Ən gözəl çiçəkləri
Sənə dərərəm

Sən istə, çiçəklərdən
Çələng hörərəm
İnan ki, sən gülməsən
Ölə bilərəm

Mən sevgi bağçasını
Gəzib gələrəm
Ən gözəl çiçəkləri
Sənə dərərəm

Sən istə, çiçəklərdən
Çələng hörərəm
İnan ki, sən gülməsən
Ölə bilərəm

Curiosités sur la chanson Sevgi Bağçası de Lalə Məmmədova

Quand la chanson “Sevgi Bağçası” a-t-elle été lancée par Lalə Məmmədova?
La chanson Sevgi Bağçası a été lancée en 2008, sur l’album “Ürək Dostum”.
Qui a composé la chanson “Sevgi Bağçası” de Lalə Məmmədova?
La chanson “Sevgi Bağçası” de Lalə Məmmədova a été composée par Pərvanə Zeynalova, Nailə Ramazanova.

Chansons les plus populaires [artist_preposition] Lalə Məmmədova

Autres artistes de Pop