Unudulanlar

Hadı Rəcəbli, Novruz Aslan

[Bənd 1]
Keçmişlərə nəzər salsaq
Bir azca xəyala dalsaq
Hər ailədə uşaq çoxdur
Biganəlik onda yoxdur

Əmi - bibi, dayı – xala
Saymaq olmurdu az qala
Ailə böyük, baba, nənə
Mehribanlıq bir ənənə

[Nəqərat]
Unudular unudanlar
Əslini bilməyən nadanlar
Dəstək olsaq yaşlılara
Ucalarıq zirvələrə

Unudular unudanlar
Əslini bilməyən nadanlar
Dəstək olaq yaşlılara
Sevinc verək insanlara

[Bənd 2]
Ötən günlər, ötən aylar
Ünsiyyətə bizi haylar
Böyüyürük, yaşlaşırıq
Unudanda daşlaşırıq

Nəvələrçün yaşayırıq
Həsrət yükü daşıyırıq
Dəb olubdur ayrı qalmaq
Yaddan çıxıb, yada salmaq

[Nəqərat]
Unudular unudanlar
Əslini bilməyən nadanlar
Dəstək olsaq yaşlılara
Ucalarıq zirvələrə

Unudular unudanlar
Əslini bilməyən nadanlar
Dəstək olaq yaşlılara
Sevinc verək insanlara

Unudular unudanlar
Əslini bilməyən nadanlar
Dəstək olsaq yaşlılara
Ucalarıq zirvələrə

Unudular unudanlar
Əslini bilməyən nadanlar
Dəstək olaq yaşlılara
Sevinc verək insanlara

Curiosités sur la chanson Unudulanlar de Lalə Məmmədova

Quand la chanson “Unudulanlar” a-t-elle été lancée par Lalə Məmmədova?
La chanson Unudulanlar a été lancée en 2021, sur l’album “İfalar Vol.2”.
Qui a composé la chanson “Unudulanlar” de Lalə Məmmədova?
La chanson “Unudulanlar” de Lalə Məmmədova a été composée par Hadı Rəcəbli, Novruz Aslan.

Chansons les plus populaires [artist_preposition] Lalə Məmmədova

Autres artistes de Pop