Etiraf

MC Murad

[Giriş]
Üşümürsən?
Nə isə soyuq oldu elə bil
Hə, gedək uşaqlarla çay içək
Gedək...

[Bənd 1]
Ürəyi kar olanın gözü kor olar
Ürəyi var olanın hər işi zor olar
Ürəyinə salan olarsa bu nəğməni
Ürəyinə dolar ahu-zar

Bir günüm dönüb aya, ilə, həftəyə, yüz günə
Səni itirdiyim üçün çox üzgünəm
Bu qərarı verməyimdə düzgünəm mən, bil...

[Nəqərat]
Sənin əllərində ruhum tapır şəfa
Yox səndən nə soraq, nə səs, nə səda
Sənə həsr olunur hər nəğmə, hər bəstə
İndi mən tək, yalqız, sən ruhi xəstə

Sənin əllərində ruhum tapır şəfa
Yox səndən nə soraq, nə səs, nə səda
Sənə həsr olunur hər nəğmə, hər bəstə
İndi mən tək, yalqız, sən ruhi xəstə

[Bənd 2]
Çiyinlərimdə yükdür, ağırdır gecələrim
Gəzirəm, dolaşıram Bakının küçələrin
O bir xəstə ruh, min ağrıya düçar
Mən bağlı qapı, itirilmiş açar

Dilim susub, canım bezib
Yolum uzun, tufan kəsib
Yaşam bəsit, gülüş yalan
Olan olub, keçən keçib

[Nəqərat]
Onun əllərində ruhum tapır şəfa
Yox ondan nə soraq, nə səs, nə səda
Ona həsr olunur hər nəğmə, hər bəstə
İndi mən tək, yalqız, o, ruhi xəstə

Onun əllərindən hey...
Yox ondan nə soraq, nə səs, nə səda
Ona həsr olunur hər nəğmə, hər bəstə
İndi mən tək, yalqız
O, ruhi xəstə...
O, ruhi xəstə...

Sənin əllərində ruhum tapır şəfa
Yox səndən nə soraq, nə səs, nə səda
Sənə həsr olunur hər nəğmə, hər bəstə
İndi mən tək, yalqız, sən ruhi xəstə

Sənin əllərində ruhum tapır şəfa
Yox səndən nə soraq, nə səs, nə səda
Sənə həsr olunur hər nəğmə, hər bəstə
İndi mən tək, yalqız, sən ruhi xəstə

Curiosités sur la chanson Etiraf de Miri Yusif

Quand la chanson “Etiraf” a-t-elle été lancée par Miri Yusif?
La chanson Etiraf a été lancée en 2010, sur l’album “Karma”.
Qui a composé la chanson “Etiraf” de Miri Yusif?
La chanson “Etiraf” de Miri Yusif a été composée par MC Murad.

Chansons les plus populaires [artist_preposition] Miri Yusif

Autres artistes de