Yadımdadır

Miri Yusif

[Bənd 1]
Mənim bəxtim yox
Mənim ömrümdə sağlam, xoş bəxtim yox
Damarımda gəmilərim, küləyim yox
Qovuşuram, sevişirəm, amma ürəyim yox, yox, yox...

Məndə dözüm yox
Yaşayıram, qaynayıram, amma özüm yox
Anlayıram, yalvarıram, amma çözüm yox
Gizlənirəm, izləyirəm, amma gözüm yox, yox, yox...

[Nəqərat]
Yadımdadır kürəyimə vuran baxışlar
Yadımdadır ürəyimdə gəzən naxışlar
Yadımdadır gözümdən ağlayan yağışlar
Yadımdadır qulağıma çatan qarğışlar

Yadımdadır dəfələrlə milyon baxışlar
Yadımdadır yalan, gurultulu alqışlar
Mənim can buludlarıma dolub qara quşlar
Yadımdadır, yadımdadır, yadımdadır

[Bənd 2]
Dalğam var
Buludlarla qovuşan ulu dağım var
Qapı olmayan qəlbimdə bir otağım var
Mənim solum qurusa da, yenə sağım var, var, var...

Mənim kölgəm var
Hey bölünməyən sərhədsiz bölgəm var
Beynimdə mikrobla qarışan bir döngə var
Həmişə qayıtmağa doğma ölkəm var, var, var...

[Nəqərat]
Kürəyimə vuran baxışlar
Yadımdadır ürəyimdə gəzən naxışlar
Yadımdadır gözümdən ağlayan yağışlar
Yadımdadır qulağıma çatan qarğışlar

Yadımdadır dəfələrlə milyon baxışlar
Yadımdadır yalan, gurultulu alqışlar
Mənim can buludlarıma dolub qara quşlar
Yadımdadır, yadımdadır, yadımdadır

[Çıxış]
(Yadımdadır, yadımdadır, yadımdadır)

Yadımdadır kürəyimə vuran baxışlar
Yadımdadır ürəyimdə gəzən naxışlar
Yadımdadır gözümdən ağlayan yağışlar
Yadımdadır qulağıma çatan qarğışlar

Yadımdadır dəfələrlə milyon baxışlar
Yadımdadır yalan, gurultulu alqışlar
Mənim can buludlarıma dolub qara quşlar

Curiosités sur la chanson Yadımdadır de Miri Yusif

Quand la chanson “Yadımdadır” a-t-elle été lancée par Miri Yusif?
La chanson Yadımdadır a été lancée en 2010, sur l’album “Karma”.

Chansons les plus populaires [artist_preposition] Miri Yusif

Autres artistes de