Dedim

Məmməd Rahim, Elza İbrahimova

[Bənd 1]
Dedim, gəl çıxmayaq uca dağlara
Dedi, qorxma, qorxma duman ha deyil
Dedim, kirpiklərin tökdü qanımı
Dedi ki, qaşlarım kaman ha deyil, deyil

[Bənd 2]
Dedim, gül dərmişəm eşqin bağından
Dedi, keçməmisən Sənan dağından
Dedim, şamamanı dərrəm tağından
Dedi ki, nə olub, talan ha deyil, deyil

[Bənd 3]
Dedim, doymamışam şəhdü-şəkərdən
Dedi, var xəbərim bu son xəbərdən
Dedim, işıqlıdır könlün səhərdən
Dedi, başqa sayaq olan ha deyil, deyil

[Bənd 4]
Dedim, sevdamızı el, hamı bilir
Dedi, kim bu eşqi qeylü-qal bilir?
Dedim, dodağını Rahim bal bilir
Dedi ki, doğrudur, yalan ha deyil, ha…

Curiosités sur la chanson Dedim de Şövkət Ələkbərova

Quand la chanson “Dedim” a-t-elle été lancée par Şövkət Ələkbərova?
La chanson Dedim a été lancée en 2022, sur l’album “İfalar, Vol. 1”.
Qui a composé la chanson “Dedim” de Şövkət Ələkbərova?
La chanson “Dedim” de Şövkət Ələkbərova a été composée par Məmməd Rahim, Elza İbrahimova.

Chansons les plus populaires [artist_preposition] Şövkət Ələkbərova

Autres artistes de