İnanmaram

Oqtay Kazımi, Ramiz Heydər

[Bənd 1]
Gözlərəm səni
Gəl, üzmə məni
Gəl, ay yarım
Gözüm qalıb yollarında

Güllər açıldı
Bülbüllər ötdü
Harda qaldın?
Gözəl yarım qaldı harda?

[Keçid]
Deyirlər, məndən
Üz döndərmisən
Mən bu sözlərə
İnanmaram, inanmaram

Özgə birinə
Könül vermisən
Mən bu sözlərə
İnanmaram, inanmaram

[Nəqərat]
O gözlərdən, o gözlərdən
Küsərəm mi, küsərəmmi?
Ayrılığa, ayrılığa
Dözərəm mi, dözərəmmi?

Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an
Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an

[Bənd 2]
Laləli düzdə
Cığırda, izdə
Qoşa gəzib
Yığırdıq biz bənövşələr

Bu sevgimizin
Şahidi olub
Buz bulaqlar, göy çəmənlər
O gülşənlər

[Keçid]
Deyirlər, məni
Sən unutmusan
Mən bu sözlərə
İnanmaram, inanmaram

Əhdimizə sən
Dönük çıxmısan
Mən bu sözlərə
İnanmaram, inanmaram

[Nəqərat]
O gözlərdən, o gözlərdən
Küsərəm mi, küsərəmmi?
Ayrılığa, ayrılığa
Dözərəm mi, dözərəmmi?

Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an
Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an

[Keçid]
Deyirlər, məndən
Üz döndərmisən
Mən bu sözlərə
İnanmaram, inanmaram

Özgə birinə
Könül vermisən
Mən bu sözlərə
İnanmaram, inanmaram

[Nəqərat]
O gözlərdən, o gözlərdən
Küsərəm mi, küsərəmmi?
Ayrılığa, ayrılığa
Dözərəm mi, dözərəmmi?

Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an
Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an

Curiosités sur la chanson İnanmaram de Şövkət Ələkbərova

Quand la chanson “İnanmaram” a-t-elle été lancée par Şövkət Ələkbərova?
La chanson İnanmaram a été lancée en 2022, sur l’album “İfalar, Vol. 1”.
Qui a composé la chanson “İnanmaram” de Şövkət Ələkbərova?
La chanson “İnanmaram” de Şövkət Ələkbərova a été composée par Oqtay Kazımi, Ramiz Heydər.

Chansons les plus populaires [artist_preposition] Şövkət Ələkbərova

Autres artistes de