Bir Addım

Miri Yusif

[Bənd 1]
Əlini uzat, yox, əlimi burax
Gözünü bağla, sən ürəyinlə bax
Qucaqla, ağla, yadında saxla
Qovuşsun dodaqlar və göylə dağlar

Nağıla qonaq gedək bir öpüşlə
Bir addım irəli, bir addım geriyə
Bu sanki rəqs, uçuruq səninlə
Ümidlə irəli, xəyallar geridə

[Nəqərat]
Rəsmini görəndə, ismini duyanda
Sürətlənir nəbzim
Bu deyil sevgi, bu deyil vərdiş
Bu artıq həyatın tərzi

Sevincim səninlə, kədərin içində
Yox edir səbrim
Ol mənim yanımda daim
Məsafə tükədir səbri

[Bənd 2]
Hər an sən və mən, hər yan mən və sən
Dəyişmir hisslər, dəyişsəm də mən
Ayrılmaz olur ləpələr dənizdə
Barışan olur külək sevgimizlə

Bərk tut sən, qorxma, güc var biləkdə
Qollarım qoruyar səni küləkdən
Görüşmüşəm bu gün bir mələklə
Qanadları salıb kürəyimizə fələklə

[Nəqərat]
Rəsmini görəndə, ismini duyanda
Sürətlənir nəbzim
Bu deyil sevgi, bu deyil vərdiş
Bu artıq həyatın tərzi

Sevincim səninlə, kədərin içində
Yox edir səbrim
Ol mənim yanımda daim
Məsafə tükədir səbri

[Çıxış]
Gecə yaddaşında sən gizlədin
Qucağımın otağındasan, yatmısan
Sakitliyin sədası bizlədir
Çağırır səni rüzgar, oyanmırsan

Curiosités sur la chanson Bir Addım de Miri Yusif

Quand la chanson “Bir Addım” a-t-elle été lancée par Miri Yusif?
La chanson Bir Addım a été lancée en 2011, sur l’album “Nirvana”.

Chansons les plus populaires [artist_preposition] Miri Yusif

Autres artistes de