Canpərəst

Miri Yusif

[Bənd 1]
Təyyarə qanadlarında uçuram
Buludlar aləmində uçduqca köçürəm
Ölçürəm, yeni zamanı mən ölçürəm
Biçirəm, keçirəm, əşi...

Kövrəlmiş fikirlər, məni də apar
Düzülsün yolumuza yenə qatar
Yenə liman, yenə apar
Yenə duman, yenə batar

Uzaqdan əks-səda çağırır “qayıt evə”
İçimdəki ya evim, sanki dünya

[Keçid]
Mən səhəri unutmuşam, səhər də məni
Gecələr yanımda ulduzlar önəmli
Səhəri unutmuşam, səhər də məni
Gecələr yanımda, əlbəttə, əbədi

[Nəqərat]
Canım, olma sən Miripərəst
Miri özü canlara pərəstdir
Canım, olma sən Miripərəst
Miri özü canlara pərəstdir

[Bənd 2]
Yenə qaranlıq otaq, yenə gündəmim
Müvəqqəti ocaq yenə həmdəmim
Dəli-dolu qabar əllərim
Yenə hər şey tam başqa, amma mən həmin

Həyəcanla varam
Mən bütün canlara varam
Fani dünyada mən
Həm koram, həm də karam

[Keçid]
Mən səhəri unutmuşam, səhər də məni
Gecələr yanımda ulduzlar önəmli
Səhəri unutmuşam, səhər də məni
Gecələr yanımda əlbəttə əbədi

[Nəqərat]
Canım, olma sən Miripərəst
Miri özü canlara pərəstdir
Canım, olma sən Miripərəst
Miri özü canlara pərəstdir

Curiosités sur la chanson Canpərəst de Miri Yusif

Quand la chanson “Canpərəst” a-t-elle été lancée par Miri Yusif?
La chanson Canpərəst a été lancée en 2011, sur l’album “Nirvana”.

Chansons les plus populaires [artist_preposition] Miri Yusif

Autres artistes de