Ay Gözəl

Xalq Mahnısı

[Bənd 1: Xan Şuşinski]
Ay gözəl, gedək gəzməyə bağa
Ay gözəl, gedək gəzməyə bağa
Qoy bir az baxım o gül yanağa

[Şövkət Ələkbərova]
Yanaqlarımı neynirsən, oğlan?
Dağlarda çiçək görməmisənmi?
Yanaqlarımı neynirsən, oğlan?
Dağlarda çiçək görməmisənmi?

[Bənd 2: Xan Şuşinski]
Ay qız, sevmişəm gül camalını
Ay qız, sevmişəm gül camalını
Bir insaf elə, göstər xalını

[Şövkət Ələkbərova]
Oğlan, gəl burax xam xəyalını
Məgər hil, mixək görməmisənmi?
Oğlan, gəl burax xam xəyalını
Məgər hil, mixək görməmisənmi?

[Bənd 3: Xan Şuşinski]
Xumar dodağın dərdimə dərman
Xumar dodağın dərdimə dərman
Onları mənə göstər, ay canan

[Şövkət Ələkbərova]
Dodaqlarımı neynirsən, oğlan?
Məgər beçə bal görməmisənmi?
Dodaqlarımı neynirsən, oğlan?
Məgər beçə bal görməmisənmi?

[Bənd 4: Xan Şuşinski]
Sən bizim eldə bir nazlı dilbər
Sən bizim eldə bir nazlı dilbər
Səbrim qalmadı, qaşını göstər

[Şövkət Ələkbərova]
Oğlan, qaşımı neynirsən, məgər?
Gecələr hilal görməmisənmi?
Oğlan, qaşımı neynirsən, məgər?
Gecələr hilal görməmisənmi?

Curiosités sur la chanson Ay Gözəl de Şövkət Ələkbərova

Quand la chanson “Ay Gözəl” a-t-elle été lancée par Şövkət Ələkbərova?
La chanson Ay Gözəl a été lancée en 2022, sur l’album “İfalar, Vol. 1”.
Qui a composé la chanson “Ay Gözəl” de Şövkət Ələkbərova?
La chanson “Ay Gözəl” de Şövkət Ələkbərova a été composée par Xalq Mahnısı.

Chansons les plus populaires [artist_preposition] Şövkət Ələkbərova

Autres artistes de