Bir Könül Sındırmışam

İslam Səfərli, Ramiz Mirişli

[Bənd 1]
Mən onu dan ulduzu
Nazlı şəfəq sanardım
Kimə inanmasam da
Bir ona inanırdım

Kimə inanmasam da
Bir ona inanırdım
Ah...

[Nəqərat]
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam
Dünən axşam çağı...

Qəbahətim böyükdür
Ay ellər, dünən axşam
Dünən axşam çağı
Billur kimi bir ürək
Bir könül sındırmışam

Billur kimi bir ürək
Bir könül sındırmışam

[Bənd 2]
O, bir qaranquş kimi
Qəlbimdə yuva qurdu
Acı dilim qurusun
Dilim onu uçurdu

Acı dilim qurusun
Dilim onu uçurdu
Ah…

[Nəqərat]
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam
Dünən axşam çağı...

Qəbahətim böyükdür
Ay ellər, dünən axşam
Dünən axşam çağı
Billur kimi bir ürək
Bir könül sındırmışam

Billur kimi bir ürək
Bir könül sındırmışam

[Bənd 3]
Saçlarının gül ətri
Titrəyən ovucumda
İntizar baxışların
Ağlar yol ayrıcında

Titrəyən baxışların
Ağlar yol ayrıcında
Ah…

[Nəqərat]
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam
Dünən axşam çağı...

Qəbahətim böyükdür
Ay ellər, dünən axşam
Dünən axşam çağı
Billur kimi bir ürək
Bir könül sındırmışam

Billur kimi bir ürək
Bir könül sındırmışam
Billur kimi bir ürək
Bir könül sındırmışam
Billur kimi bir ürək
Bir könül sındırmışam

Curiosités sur la chanson Bir Könül Sındırmışam de Şövkət Ələkbərova

Quand la chanson “Bir Könül Sındırmışam” a-t-elle été lancée par Şövkət Ələkbərova?
La chanson Bir Könül Sındırmışam a été lancée en 2022, sur l’album “İfalar, Vol.2”.
Qui a composé la chanson “Bir Könül Sındırmışam” de Şövkət Ələkbərova?
La chanson “Bir Könül Sındırmışam” de Şövkət Ələkbərova a été composée par İslam Səfərli, Ramiz Mirişli.

Chansons les plus populaires [artist_preposition] Şövkət Ələkbərova

Autres artistes de