Gəldi Xoş Bahar

Ramiz Mirişli, Fikrət Qoca

[Bənd 1]
Gəldi xoş bahar, çiçəklər oyandı
Açdı qızılgül, yolumda dayandı
Durdun yolumda, sən aldın fikrimi
O qızılgül kimi, o qızılgül kimi

Yandı üfüqlər, ürəyim alışdı
Sevimli gözündən güllər danışdı

[Bənd 2]
Gəldi qaranquş qoşulub küləyə
Gəldi nəğməsi bülbülə köməyə
Yağdı nəğmələr yarpaqlar üstünə
İlk bahar üstünə, ilk bahar üstünə

Yandı üfüqlər, ürəyim alışdı
Sevimli gözündən güllər danışdı

[Bənd 3]
Baxdın, baxışın laləni bəzədi
Güldün, gülüşün güllərə bənzədi
Gəldin, gəlişin gətirdi baharı
Bəzədi yolları, bəzədi yolları

Yandı üfüqlər, ürəyim alışdı
Sevimli gözündən güllər danışdı
Gəldi xoş bahar...

Curiosités sur la chanson Gəldi Xoş Bahar de Şövkət Ələkbərova

Quand la chanson “Gəldi Xoş Bahar” a-t-elle été lancée par Şövkət Ələkbərova?
La chanson Gəldi Xoş Bahar a été lancée en 2022, sur l’album “İfalar, Vol. 5”.
Qui a composé la chanson “Gəldi Xoş Bahar” de Şövkət Ələkbərova?
La chanson “Gəldi Xoş Bahar” de Şövkət Ələkbərova a été composée par Ramiz Mirişli, Fikrət Qoca.

Chansons les plus populaires [artist_preposition] Şövkət Ələkbərova

Autres artistes de