Laylay (Neyləyirsən Gülü)
[Bənd 1]
Gül açıldı çəməndə
Laylay balam, a laylay
Könlüm düşməz kəməndə
Laylay balam, ay laylay
[Nəqərat önü]
Sən ömrümün gülüsən
Bağçamın sünbülüsən
Gül dodağın güləndə
Neyləyirsən gülü, sən?
[Nəqərat]
Sən ömrümün gülüsən
Bağçamın sünbülüsən
Gül dodağın güləndə
Neyləyirsən gülü, sən?
Laylay gülüm, a layla
Şirin dillim, a layla
A layla, a layla, a layla
[Bənd 2]
Günəşli gündüzsən
Dərə sənin, düz sənin
Elə sevinc gətirən
Bu xoş günümüz sənin
Sən doğuldun bəxtiyar
Beşiyinə gün doğar
Böyü hələ, dol yaşa
Nurlu gələcəyin var
[Nəqərat önü]
Sən ömrümün gülüsən
Bağçamın sünbülüsən
Gül dodağın güləndə
Neyləyirsən gülü, sən?
[Nəqərat]
Sən ömrümün gülüsən
Bağçamın sünbülüsən
Gül dodağın güləndə
Neyləyirsən gülü, sən?
Laylay gülüm, a laylay
Şirin dillim, a laylay
A layla, a layla, a layla...