Laylay

Xalq Mahnısı

[Bənd 1]
Şirin-şirin yat, ay bala
Boya-başa çat, ay bala
Sən də bir gün öz səsini
El səsinə qat, ay bala

[Nəqərat]
Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən
Laylay, laylay, laylay

[Bənd 2]
Hər şöhrətim, şanım sənsən
Candan ayrı canım sənsən
Nə təmizdir gül nəfəsin
Sən ətirli bir çəmənsən

[Nəqərat]
Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən
Laylay, laylay, laylay

[Bənd 3]
Yat, ay quzum, şirin-şirin
Həyat sənin, dövran sənin
Qayğısıyla boy atırsan
Qucağında bu vətənin

[Nəqərat]
Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən

Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən
Laylay, laylay...

Curiosités sur la chanson Laylay de Şövkət Ələkbərova

Quand la chanson “Laylay” a-t-elle été lancée par Şövkət Ələkbərova?
La chanson Laylay a été lancée en 2022, sur l’album “İfalar Vol. 8”.
Qui a composé la chanson “Laylay” de Şövkət Ələkbərova?
La chanson “Laylay” de Şövkət Ələkbərova a été composée par Xalq Mahnısı.

Chansons les plus populaires [artist_preposition] Şövkət Ələkbərova

Autres artistes de