Şən Azərbaycan

Polad Bülbüloğlu, Məstan Günər

[Bənd 1]
Qoy mən yenə söhbət açım ilk baharımdan
Nəğməm ilə bir də keçim öz diyarımdan

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!

[Bənd 2]

El qızları düzüm-düzüm Kür qırağında
Min gül açır Gəncəmizin hər budağında
Dost elləri Qarabağın dağ vüqarlıdır
Gen çölləri bu torpağın xoş baharlıdır

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!

[Bənd 3]

Hər damlası layla çalan göy Xəzərin var
Hər ulduzu nəğmə olan min şəhərin var
Keçdim yenə çiçək-çiçək hər mahalından
Öz yurdumun doymaz ürək yüz vüsalından

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!
Hər yanı gülşən Azərbaycan!

Curiosités sur la chanson Şən Azərbaycan de Şövkət Ələkbərova

Quand la chanson “Şən Azərbaycan” a-t-elle été lancée par Şövkət Ələkbərova?
La chanson Şən Azərbaycan a été lancée en 2022, sur l’album “İfalar, Vol. 6”.
Qui a composé la chanson “Şən Azərbaycan” de Şövkət Ələkbərova?
La chanson “Şən Azərbaycan” de Şövkət Ələkbərova a été composée par Polad Bülbüloğlu, Məstan Günər.

Chansons les plus populaires [artist_preposition] Şövkət Ələkbərova

Autres artistes de