Söz Olmasaydı

İbrahim Topçubaşov, Ənvər Əlibəyli

[Bənd 1]
Dağlarda duman gözəldir
Qaşların kaman gözəldir
Dağlarda duman gözəldir
Qaşların kaman gözəldir

Sözünə heç bir söz olmaz
Gözlərin yaman gözəldir
Sözünə heç bir söz olmaz
Gözlərin yaman gözəldir

[Keçid]
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan

[Nəqərat]
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm

Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar
Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar

[Bənd 2]
Söyüdlər başın əyəndə
Sənə mən yarım deyəndə
Söyüdlər başın əyəndə
Sənə mən yarım deyəndə

Sanaram dünya mənimdir
Gözünə gözüm dəyəndə
Sanaram dünya mənimdir
Gözünə gözüm dəyəndə

[Keçid]
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan

[Nəqərat]
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm

Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar
Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar

[Bənd 3]
O qara göz olmasaydı
Əhdimiz düz olmasaydı
O qara göz olmasaydı
Əhdimiz düz olmasaydı

Sənə heç könül verərdim
Sözümüz söz olmasaydı?
Sənə heç könül verərdim
Sözümüz söz olmasaydı?

[Keçid]
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan

[Nəqərat]
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm

Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar
Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar

Curiosités sur la chanson Söz Olmasaydı de Şövkət Ələkbərova

Quand la chanson “Söz Olmasaydı” a-t-elle été lancée par Şövkət Ələkbərova?
La chanson Söz Olmasaydı a été lancée en 2022, sur l’album “İfalar, Vol. 5”.
Qui a composé la chanson “Söz Olmasaydı” de Şövkət Ələkbərova?
La chanson “Söz Olmasaydı” de Şövkət Ələkbərova a été composée par İbrahim Topçubaşov, Ənvər Əlibəyli.

Chansons les plus populaires [artist_preposition] Şövkət Ələkbərova

Autres artistes de