Xatirələr (Sənin Gözlərin)

Elza İbrahimova, Əliağa Kürçaylı

[Bənd 1]
Hər şeyi, bəlkə də
Unudaram mən
Gözlərin, gözlərin
Çıxmır fikrimdən
Gülümsər gözlərin
Sənin gözlərin
Sənin gözlərin, gözlərin

[Nəqərat]
Bir cüt ulduz kimi onlar yanardı
Gözlərim gözündə alovlanardı
Onlar başqasına baxırlar indi
O gözlər, o gözlər

O gözlər, o gözlər
İndi kimindir?
O gözlər, o gözlər
İndi kimindir?

[Bənd 2]
Hər şeyi, bəlkə də
Unudaram mən
Əllərin, əllərin
Çıxmır fikrimdən
Göyərçin əllərin
Sənin əllərin
Sənin əllərin, əllərin

[Nəqərat]
Onları özümə qanad sanardım
Quş kimi uçardım, havalanardım
Onlar başqasını uçurur indi
O əllər, o əllər

O əllər, o əllər
İndi kimindir?
O əllər, o əllər
İndi kimindir?

[Keçid]
Gülümsər gözlərin
Sənin gözlərin
Sənin gözlərin, gözlərin

[Nəqərat]
Bir cüt ulduz kimi onlar yanardı
Gözlərim gözündə işıqlanardı
Onlar başqasına baxırlar indi
O gözlər, o gözlər

O gözlər, o gözlər
İndi kimindir?
O gözlər, o gözlər
İndi kimindir?

Curiosités sur la chanson Xatirələr (Sənin Gözlərin) de Şövkət Ələkbərova

Quand la chanson “Xatirələr (Sənin Gözlərin)” a-t-elle été lancée par Şövkət Ələkbərova?
La chanson Xatirələr (Sənin Gözlərin) a été lancée en 2022, sur l’album “İfalar Vol. 9”.
Qui a composé la chanson “Xatirələr (Sənin Gözlərin)” de Şövkət Ələkbərova?
La chanson “Xatirələr (Sənin Gözlərin)” de Şövkət Ələkbərova a été composée par Elza İbrahimova, Əliağa Kürçaylı.

Chansons les plus populaires [artist_preposition] Şövkət Ələkbərova

Autres artistes de