Yenə Tövbə Evimi Eşq Xərab Etmədədir

Şövkət Ələkbərova, Nizami Gəncəvi

[Bənd 1]
Yenə tövbə evini eşq xərab etmədədir
Aşiq iftarını sevda meyi nab etmədədir
Könlümə bir mələyin sevgisi od saldı
Onun adı Zöhrə, gül onu canı hesab etmədədir

Onun eşq atəşi hər qəlbə girər, amma nədən
Tək mənim qəlbimi atəşdə kəbab etmədədir?
Gözlərin baxdı mənə, söylədi: “Səbir et, səninəm’’
Doğrusu, səbir edirəm, ömür şitab etmədədir

Məsləhətdir, məni almaqdan isə, versin əzab
Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir
Gər Nizamini xəta isə həlak etdirmək
Aşiqəm, yar məni öldürsə, səvab etmədədir
Aşiqəm, yar məni öldürsə, səvab etmədədir

Curiosités sur la chanson Yenə Tövbə Evimi Eşq Xərab Etmədədir de Şövkət Ələkbərova

Quand la chanson “Yenə Tövbə Evimi Eşq Xərab Etmədədir” a-t-elle été lancée par Şövkət Ələkbərova?
La chanson Yenə Tövbə Evimi Eşq Xərab Etmədədir a été lancée en 2022, sur l’album “İfalar Vol. 7”.
Qui a composé la chanson “Yenə Tövbə Evimi Eşq Xərab Etmədədir” de Şövkət Ələkbərova?
La chanson “Yenə Tövbə Evimi Eşq Xərab Etmədədir” de Şövkət Ələkbərova a été composée par Şövkət Ələkbərova, Nizami Gəncəvi.

Chansons les plus populaires [artist_preposition] Şövkət Ələkbərova

Autres artistes de